Azad edilən ərazilərdən tapılan silahların bəziləri xarici ölkələrdən alınıb - RƏSMİ
Azad edilmiş ərazilərdə müharibədən sonra 300-dən çox insan minaların qurbanı olub. Piyada əleyhinə minaların çoxu 2021-ci ildə Ermənistanda istehsal olunub və ərazilərimizə gətirilib.
Adalet.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, antiterror tədbirləri nəticəsində azad edilən ərazilərdə döyüş maşınları və silahlar insanlar məskunlaşan ərazilərdə aşkarlanıb. Bununla bağlı fotoşəkillər təqdim olunub. Tapılmış bəzi silahlar və raketlər 2021-ci il istehsalıdır. Onların bəziləri 2020-ci ilin sonunda imzalanmış müqavilələr əsasında xarici ölkələrdən alınmış silahlardır.
Digər Xəbərlər
27 Sentyabr 2026 16:34
Səhiyyə Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib - FOTOLAR
27 Sentyabr 2026 13:38
Xankəndidə Zəfər parkına yürüş - FOTOLAR
27 Sentyabr 2026 12:44
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sentyabr 2026 12:11


Bakı -°C

