Aynur Camalqızının üzüyünü oğurlayan tutuldu
Bir neçə gün öncə "Gündəlik Teleqraf” qəzeti və "Publika.az” saytının rəhbəri Aynur Camalqızının qızıl üzüyünü oğurlayan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Adalet.az-ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Aynur Quliyevanın qızıl üzüyünü oğurlamış Bakı şəhər sakini Fəridə Şükürova tutulub.
Digər Xəbərlər
20 Sentyabr 2024 15:11