adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 May 2018 18:04
16515
MƏMLƏKƏT

Ay da Sevdalanar bu gözəlliyə...

Mayayının 20-də rayonun mədəni həyatında uzun illər yaddan çıxmayacaq həyəcanlı, təntənəlibir tədbir keçirildi. Bu tədbir təkcə Göyçayın deyil, ölkəmizin mədəni həyatındada yaddaqalan bir hadisədir. Əli Kərim adına mədəniyyət və istirahət parkındayeni yaradılmış "Əbədiyaşar ədiblər" abidə kompleksinin təntənəliaçılışı oldu. Tədbir iştirakçıları Əli Kəriminsözlərinə yazılmış "Qayıt"mahnısının sədaları altında Əli Kəriminabidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra abidə kompleksinin önünətoplaşdılar.

Tədbirigiriş sözü ilə Göyçay Rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə açdı. Oçıxışında qeyd etdi ki, bu, dövlətimizin ədəbi-mədəni irsimizə böyükqayğısının, milli mədəniyyətimizin qorunub saxlanması və gələcək nəsillərəçatdırılmasının parlaq təzahürüdür.

Natiqçıxışında ilkin olaraq 18 nəfər ədibinbüstünün ucaldığını göstərməklə yaxın zamanlarda daha bir neçə şair vəyazıçının abidəsinin ucaldılmasının nəzərdə tutulduğunu söylədi. Çıxışının sonunda Mehdi Səlimzadə tədbirdə iştirak edənAzərbaycan Yazıçılar Birliyinin sədrixalq yazıçısı Anarı anadan olmasının 80-ci il dönümü münasibətilə təbrik etdi.Göyçay Rayon İcra Hakimiyyəti Başçısınınyazıçıya ünvanlanmış təbrik məktubu oxundu və hədiyyələr təqdim olundu. Xalqyazıçısı Anar çıxışında abidə kompleksinin yaradılmasını ədəbiyyatımızıninkişafında xidmətləri olan sənətkarların gələcək nəsillərə tanıtdırılmasında əvəzsizrol oynayacağını qeyd etməklə bu işdə xidmətləri olan insanlara minnətdarlığınıbildirdi.


Tədbirinaparıcısı Respublikasının Əməkdar müəllimi, Göyçay qəzetinin redaktoru Adil Məmmədov Bülbülün ifasında "Sənsiz" romansının sədalarıaltında səhnəyə çıxıb dahi Nizaminin yaradıcılığından danışaraq onun XII əsr Şərqintibahının ən böyük nümayəndəsi olduğunu vurğuladı. O, qeyd etdi ki, Nizaminin əsərləri, xüsusilə"Xəmsə" adı ilə bütün dünyada məşhur olan beş poeması şərq ədəbiyyatının,eləcə də dünya ədəbiyyatının əvəzsiz incilərindəndir və ədəbiyyatda humanistmeyllərin güclənməsinə böyuk təkan vermişdir.

Sonra Göyçay Xalq Teatrının aktyoru Nizaminin qəzəllərindənbirini ifa etdi.

Sonra A.MəmmədovAzərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən olan İmadəddin Nəsimininyaradıcılığından danışaraq ana dilli ədəbiyyatımızın inkişafında misilsiz xidmətləriolduğunu qeyd etdi. Şairin qəzəllərindən biri məktəbli tərəfindən ifa edildikdənsonra aparıcı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yalnız orta əsrlərdə anadilində yaranan şeirin ən böyük nümayəndəsi deyil, ümumən xalqımızın dünya ədəbiyyatınabəxş etdiyi böyük mütəfəkkir olduğunu göstərdi və şairin şeirlərindən nümunələrsöyləndi. Füzuli yaradıcılığı ilə poeziyamızın əlçatmaz bir zirvəyə yüksəldiyiniqeyd edən natiq Füzuli eşqinin, Füzuli kədərinin və Füzuli dühasının xüsusi birtədqiqatın mövuzsu olduğundan söz açmışdır. O, həmçinin qeyd etdi ki, Nizami vəFüzuli müxtəlif əsrlərdə, müxtəlif məkanlarda dünyaya göz açsalar da bu günGöyçayda onların mənəvi nəvəsi hesab olunan Əli Kərimin adını daşıyan parkdayenidən doğuldular.

Rayon MədəniyyətMərkəzinin musiqi kollektivi tərəfindən "Leyli və Məcnun" operasındanbir parça ifa edildi. Aparıcı XVIII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindənolan Molla Pənah Vaqifin yaradıcılığından danışaraq qeyd etdi ki, onunyaradıcılığı ilə xalq şeirinə xas olan sadəlik, dil və üslub keyfiyyətləriyazılı ədəbiyyatda üstünlük təşkil edir, aparıcı mövqeyə keçir. Vaqif şeiri məzmun,ideya baxımından da orijinaldır. Qarabağ xanlığının XVIII əsrdəkiictimai-siyasi vəziyyətini, xalqın həyatını, məişətini və s. əks etdirən bupoeziya nikbinliyi və xəlqiliyi ilə müasirlərindən seçilir. Şairin şeirlərindəzəngin, lirik duyğuların ifadəsi təkrarolunmaz gözəllik təşkil edir. Sonra şairin"Durnalar" şeirinə bəstələnmiş mahnı Rayon Mədəniyyət Mərkəzinin ansamblı tərəfindən ifa olundu.


XIX əsr Azərbaycanədəbiyyatının inkişafında xidmətləri olan Xurşudbanu Natəvanın yaradıcılığı barədəqısa məlumat verən A.Məmmədov Natəvanın həmdə gözəl rəssam olduğunu vurğulamaqla Şuşanın, ümumən Qarabağın həyatındaoynadığı roldan, gördüyü xeyriyyə işləri ilə xalq arasında böyük məhəbbətqazanmasından danışdı. Göyçay Xalq Teatrının üzvü tərəfindən şairin "Ölürəm"rədifli qəzəli ifa olunarkən alqışlarla qarşılandı.

Tədbirdə çıxışedən millət vəkili, görkəmli yazıçı-publisistAqil Abbas yaradılan kompleksin əhəmiyyətindən danışaraq qeyd etdi ki, əgərbir xalq öz ədəbiyyatının sənətkarlarını unutmursa, hörmətlə yad edirsə, həminxalqın min illər boyu yaşamaq haqqı vardır. Onun çıxışı tədbir iştirakçıları tərəfindənmaraqla qarşılandı.

Aparıcı Azərbaycanındünya ədəbiyyatına bəxş etdiyi böyük sənətkarlardan olan Mirzə Ələkbər Sabirin ədəbiyyatımıza yeni ruh, keyfiyyət gətirdiyini vurğuladı.

O, şairin cəhaləti,nadanlığı, sosial ədalətsizliyi, hakim təbəqələrinözbaşınalığını, xalqımıza qarşı edilən haqsızlıqları qamçılayan şeirlərinin bugün də öz aktuallığını saxladığını göstərdi. Şairin sözlərinə bəstələnmiş birmahnının lent yazısı ölməz müğənni Mirzə Babayevin ifasında səsləndirildi.


Hüseyn Cavidinyaradıcılığından danışan aparıcı onun Azərbaycan ədəbiyyatı tarixində xüsusimövqeyi olan və çoxəsrlik milli şeirimizin ən yaxşı ənənələrini inkişaf etdirən,zənginləşdirən qüdrətli bir ədib olduğunu göstərdi.

O qeyd etdi ki,H.Cavid lirik şeirlər və poemalarla yanaşı yüksək sənətkarlıq nümunəsi olandramatik əsərlər müəllifidir. Onun dramatik əsərləri 100 ilə yaxındır ki, müəyyənfasilələrlə səhnədən düşmür. Bu dramlar yazı manerası və üslub baxımından Azərbaycandramaturgiyasında yeni mərhələ olduğu kimi teatr mədəniyyətinin inkişafınaböyük təsir göstərmişdir. Sonra şairin şeirlərindən biri və "Şeyx Sənan"dramından "Kor ərəbin mahnısı"ifa olundu.

Səməd Vurğunyaradıcılığından danışan aparıcı şairin yaradıcılığının milli poeziyamızdaxüsusi mərhələ təşkil etdiyini, onun lirik şeirlərinin poemalarının, dram əsərlərininədəbiyyat xəzinəmizi zənginləşdirdiyini, 2 dəfə Dövlət Mükafatına layiqgörüldüyünü qeyd etdi. Şairin şeirlərindənbiri və "Vaqif" dramından bir parça Mədəniyyət Mərkəzinin işçiləri tərəfindənifa edildi.

Daha sonraaparıcı Süleyman Rüstəm yaradıcılığındandanışaraq XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayənələrindən biriolduğunu, cənubi Azərbaycan mövzusunda yazdığı şeirlərin dillər əzbərinə döndüyünü, sözlərinə mahnılarbəstələndiyini qeyd etdi. Şairin şeirlərindənsöylənən parçalar və sözlərinə bəstələnmiş mahnılar tədbir iştirakçılarınınmarağına çevrildi.

Azərbaycanxalqının yetişdirdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan Rəsul Rza yaradıcılığından danışan aparıcıonun təkrarsız yaradıcılığının milli ədəbiyyatımızda yeni səhifə açdığını göstərdi.O, şairin "Qızılgül olmayaydı", "Anamın gəlin qızı","Bir gün də insan ömrüdür" və s. poemalarının, yüzlərlə şeirlərinin Azərbaycan ədəbiyyatının incilərindənolduğunu qeyd edərək "Rənglər" silsiləsinin poeziyamızda ədəbi hadisəolduğunu və bütün dünyada məşhurlaşdığını iftixarla vurğuladı. Şairin şeirləri və sözlərinəbəstələnmiş mahnı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonra aparıcı XXəsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nigar xanım Rəfibəylinin yüksəkbədii keyfiyyətə malik incə ruhlu şeirlərindənvə gözəl bədii tərcümələrindən danışdı.

Nigar Rəfibəylinintərcümə etdiyi müəlliflər sırasında MəhsətiGəncəvi, Nizami, Əlişir Nəvai, Dante, A.S.Puşkin, M.Y.Lermontov, AdamMitskeviç, Şandor Petefi, Şelli, Robert Berns, Akaki Sereteli, Qriqol Abaşidze,Nezval, Anna Axmatova və b. vardır. Şairin şeirlərinə və sözlərinə yazılmışmahnının ifası alqışlarla qarşılandı.


"Ədəbiyaşarədiblər" abidə kompleksində büstü ucaldılan Mikayıl Müşfiq Azərbaycanpoeziyasının ən görkəmli nümayəndələrindəndir. O, öz qısa ömründə ədəbiyyat xəzinəmizizənginləşdirən, əsl sənət nümunəsi olan əsərlər yaratmışdır. Onun əsərləri1920-30-cu illərdə dillər əzbəri idi və bu gün də ən çox oxunan, yaradıcılığınamüraciət edilən şairlərimizdən biridir. Onun böyük poetik istedadının, coşqunilhamının bəhrəsi olan şeirləri gənc şairlər üçün bir yaradıcılıq məktəbidir. TədbirdəMüşfiq yaradıcılığından şeirlər səsləndirməklə yanaşı sözlərinə yazılmışmahnılar da ifa edildi.

Tədbirinaparıcısı qeyd etdi ki, abidə kompleksində Bəxtiyar Vahabzadənin də büstününolması göyçaylıları sevindirir. Çünki o, XX əsrdə Azərbaycanın yetirdiyi böyük ədəbisimalardan biridir. Lirik-fəlsəfi şeir, gözəl poemalar, psixoloji dramlar müəllifi olan Bəxtiyar Vahabzadə həm də ədəbiyyatşünasalim, alovlu vətənpərvər, milli düşüncəmizin layiqli daşıyıcısıdır. Şairinlirik şeirlərinə bəstələnmiş mahnılar sevilə-sevilə dinlənilir. Tədbirdə şairinsəsləndirilən şeirləri iştirakçıların marağına səbəb oldu.

"Əbədiyaşarədiblər" abidə kompleksində oxucuların həyəcanla oxuduğu, hər səhifəsindətəsirləndiyi "Bir gəncin manifesti" əsərinin müəllifi, gözəl nasir,görkəmli ədəbiyyatşünas alim Mircəlal Paşayevin də büstünün ucaldılması tədbiriştirakçıları tərəfindən minnətdarlıq hissi ilə qarşılandı. Çünki onunromanları, hekayələri yüksək bədii dəyərə malik olduğu üçün oxucular tərəfindənsevilə-sevilə oxunur. Həmin əsərlər bu gün də öz bədii estetik dəyərinisaxlamaqdadır. Mircəlal Paşayev monoqrafiyaları, elmi-tədqiqat əsərləri, elmi məqalələriilə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirmişdir. Tədbirdə yazıçınınhekayəsi əsasında səhnələşdirilən bir tamaşa iştirakçılara təqdim edildi.

Abidə kompleksdəbüstü ucaldılan İsgəndər Coşqun gözəl lirik şeirlər, həm də maraqlı pyeslər müəllifidir.Onun pyesləri Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulmuş, lirik,axıcı və təravətli şeirlərinə mahnılar bəstələnmişdir. Əli Kərimdən sonra buparkda dəfn olunan ikinci şairdir. Onun vəfatına şeir həsr etmiş tədbirinaparıcısı Adil Məmmədov vaxtilə yazmışdı:

Bir ulduz axdı

Şeir kəhkəşanından

Üz tutdudoğulduğu torpağa sarı

Dedi budur son mənzilim

budur son yerim

bir şair məzarıda

Bitdi Göyçaytorpağında,

bitdi ki, tənhaqalmasın

Əli Kərim,

bir salam büküb

ovunmayan kədərimə,

sənə əmanətverirəm,

İsgəndər Coşqun

Çatdır onu

Rəsul müəllimə,Nigar xanıma,

bir də Əli Kərimə.

Tədbirdə iştirakedən bir məktəblinin İsgəndər Coşqun yaradıcılığından söylədiyi lirik şeir tədbiriştirakçılarının marağına səbəb oldu.

Xalqımızınyetirdiyi böyük şairlərdən biri Məmməd Arazın bu gün Azərbaycanda ən çox sevilənədiblərdən olduğunu vurğulayan aparıcı şairin lirik, fəlsəfi poemaları ilə çoxəsrlikədəbiyyatımızın ən yaxşı ənənələrini davam etdirdiyini göstərməklə yanaşı,poeziyamıza yeni nəfəs gətirdiyi, orijinal bədii ifadə vasitələri ilə,mövzularla, özünəməxsus deyim tərzi ilə zənginləşdirdiyini xüsusilə vurğuladı.O, qeyd etdi ki, Məmməd Araz şeirlərinin mayasını vətən məhəbbəti, milli, eynizamanda bəşəri duyğular təşkil edir. Şairin şeirlərinin bədii qiraətindən sonrakompleksdə büstü yer alan bir ədibin -Əli Səmədlinin yaradıcılığından bəhs edən aparıcı onun uşaq ədəbiyyatınıninkişafındakı xidmətlərindən danışdı. Şairin şeirinin bədii qiraətindən sonraailə üzvləri adından çıxış edən qardaşı V.Səmədov "Əbədiyaşar ədiblər"kompleksinin yaranması münasibət ilə göyçaylıları təbrik edərək, abidəninyaradılmasında əməyi olan insanlara minnətdarlığını bildirdi.

Aparıcı sonraİbrahim Göyçaylının yaradıcılığındansöhbət açıldı. Onun incə, xəfif ruhlu şeirlər müəllifi kimi ədəbiyyatımızdaözünəməxsus yeri olduğundan danışan aparıcı şairin yaradıcılığında vətən məhəbbəti,bölünməz, bütöv Azərbaycan arzusunun mühüm yer tutduğunu vurğuladı.Poeziya həvəskarı olan məktəblininifasında şarin şeiri maraqla qarşılandı.

Tədbirdə şairinqızı Sevinc xanım çıxış edərək "Ədəbiyaşar ədiblər" abidə kompleksindəonun da atasının büstünün ucaldılmasındanhədsiz sevinc və qürur duyduğunu, son dərəcə həyəcanlandığını qeyd etdi:

Xalq şairi FikrətQoca çıxışında qeyd etdi ki, abidə kompleksində yalnız Göyçayda dünyaya gözaçan şairlərin, ədiblərin deyil, Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinində büstlərinin ucaldılması sevindirici haldır.

Deməli,göyçaylılar Azərbaycan ədəbiyyatını, bu ədəbiyyatı yaradanları sevir və qəlblərindəyaşadır. Fikrət Qoca çıxışında Göyçayda gedən quruculuq işlərinə toxunaraq göstərdiki, bu rayon rəhbərliyinin uğurlu fəaliyyətinin nəticəsidir. Sonra natiq bu fəaliyyətinyalnız iqtisadiyyatın, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə deyil, eyni zamanda rayonun mədəni həyatı ilə bağlıolduğunu razılıq hissi ilə qeyd etdi.

Məktəblilər "Ədəbiyaşar ədiblər" abidə kompleksininönünə gül-çiçək dəstələri düzdülər. Möhtəşəm ədəbi-bədii tədbir musiqi sədalarıaltında axşamdan xeyli keçmişə qədər davam etdi.


Məzahir Əhmədzadə