adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2020 09:28
31538
GÜNDƏM

Axxx, sizi ermənipərəstlər...

Deyəsən, ermənilər bizi hərsahədə üstələyib axı...! İndi də dəyərlərimizdən biri olan Ramil Səfərovu hədəfəalıblar! Özdə Avropa İnsan Haqları Məhkəməsinin əli ilə!

Avropa İnsan Hüquqları Məhkəməsi(AİHM, Avropa Məhkəməsi) "Ramil Səfərov işi" ilə bağlı qərar çıxarıb.Qərarda göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının"yaşamaq hüququ" (2-ci maddə) və "etnik ayrı-seçkiliyin qadağanolunması" (14-cü maddə) maddələrini "pozub".

Məhkəmənin qənaətinə görə,"Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş vəqaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmişzabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsininqaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur.Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin beləcinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."

Deməli, qərara əsasən, Azərbaycanərizəçilərə xərclərə görə 31 min 600 manat ödəməlidir. Qərar Ermənistandan olaniki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan vəHayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət əsasında verilib.

Bu məsələdə erməniniqoyaq kənara...Erməni elə ermənidi, düşməndi ... Nə dedi, necə dedi, önəmlideyil, erməni düşmənliyini bildirir, yaxudda düşmən erməniliyini bildirir...

Bəsonda bizimkilərə nolub?

Bəs, onlarkim olduğunu sübut eləməyə çalışırlar?

Məsələn, REALPartiyasının sədri İlqar Məmmədov sensayon bir söz deyib:"Ramil Səfərovun qəhrəmanlaşdırılmasımilli məqsədlərimizə uyğun olmayan qərar idi”

Bax, bu da bir azərbaycanlının digər azərbaycanlıya"dəstəyi”...


Bir çoxunuzun yadına gələr:Terrorçu Varujan Karapetyan! O, 1954-cü ildə Suriyanın Qamışlı şəhərində erməniailəsində dünyaya gəlmişdir.1983 -cü ilin15 iyul tarixində ParisinOrli hava limanında yerləşən Türk Hava Limanının  kassasında təşkiletdiyi bomba partlayışına görə, Fransa polisi tərəfindən həbs edilmiş vəbombanı yerləşdirdiyini boynuna almışdır. Terror aktı nəticəsində 4-ü fransız,2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olmuş və 61 nəfəryaralanmışdır. Bax, o vaxt Varujan həbsxanadan Ermənistana sürgünedilməsi şərti ilə, Fransa dövləti tərəfindən azadlığa buraxılmışdır.VarujanKarapetyan kimi bir terrorçunu İrəvanda təntənə ilə, qəhrəman kimi qarşıldılarvə hələ indiyənə qədər heç bir eməni onun terrorçu olduğunu etiraf etməyib vəbu gün də qəhrəman kimi təbliğ edilməkdədir.

Ay , "demokratik” realçıİlqar müəllim, elə bu faktı ortaya qoymaqla ermənilərin bu mövzuda Azərbaycanaümumiyyətlə, heç bir iddiası olmamasını deyə bilərdiniz! Axı siz, savadlı,dünyagörüşlü bir siyasətçiydiniz! Amma Ramilin"qəhrəmanlaşdırılmasını” bir problem kimi ortaya qoyursunuz! Bir vətəndaş kimisoruşuram : NİYƏ?

Yeri gəlmişkən, təxminən eyni fikirləri siyasişərhçi Zərdüşt Əlizadə də deyib:” RamilSəfərov əfv olunana kimi hüquqi məsələlərə əməl olunub, amma qaytarılandansonra onun "qəhrəman kimi qarşılanması hər şeyi korlayıb. Ermənilərqanundan istifadə edib Azərbaycanı cəzalandırıb və ölkə millətçilər vəhakimiyyətinin bacarıqsızlığı ucbatından növbəti dəfə uduzub."

Ermənilər insanlığın,xüsusən türklərin qənimi hesab edilən Andranik Ozanyana , (Təkqulaq), faşistNjdeyə abidələr qoyur, memorialkomplekslər tikir və bunun üçün Rusiyakimi hegemon bir dövlətlə hətta maraqları toqquşur... Geri çəkilmirlər....

Amma adi bir məhkəməyəgörə, Ramili qoydunuz "baqaj”a..

Nə deyim , vallah! Sizə noldu, ay azərbaycanlılar,niyə hamınız kütləvi şəkildə ermənipərəst oldunuz?

P.S. "Bizimyol” qəzetinin baş redaktoru BahəddinHəzi əla deyib! O, ReAl Partiyanın sədri İlqar Məmmədovun Ramil Səfərovla bağlımövqeyinə çox sərrast bir cavab verib:"Hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistanaekstradisiya edin”

İnşallah, elə bir şey olmaz!

Əntiqə Rəşid