Axtarışda olan 3 vətəndaşımız ölkəmizə ekstradisiya edildi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarışa elan olunub.
Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.
Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyun ayının 12-də ölkəmizdə müəyyən edilib.
Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.
Digər Xəbərlər
29 Oktyabr 2025 16:28 Elton Məmmədov Baş Prokurorluğa çağırıldı - Rəsmi xəbərdarlıq
28 Oktyabr 2025 12:07 Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək
27 Oktyabr 2025 14:35 Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri ELAN OLUNDU
25 Oktyabr 2025 10:15 Zabil Qəhrəmanova ittiham elan olundu
24 Oktyabr 2025 11:59 Azərbaycanda qadın hakimlərin sayı açıqlandı
24 Oktyabr 2025 11:56 Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib
22 Oktyabr 2025 12:26 Beynəlxalq axtarışda olan daha 4 nəfər Azərbaycana ekstradisiya edildi
21 Oktyabr 2025 17:32 

Bakı -°C 






