Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub - VİDEO
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Tufan” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, iki ay inzibati qaydada həbs edilib.
Digər sürücünün də müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

