Avstraliyalı idmançı Olimpiadada kokain alarkən saxlanıldı
Avstraliyalı idmançı Tomas Kreyq Parisdə kokain aldıqdan sonra polis tərəfindən saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Bildirilir ki, Fransanın paytaxtında keçirilən Oyunlarda ölkəsinin otüstü xokkey üzrə Olimpiya yığmasını təmsil edən idmançı kokaini şəhərin 9-cu rayonunda alıb. Polis onu cinayət başında yaxalayıb və 1 qram kokain götürüb. 28 yaşlı avstraliyalı və ona qanunsuz maddə satan 17 yaşlı satıcı həbs edilib.
Xatırladaq ki, Avstraliyanın otüstü xokkey komandası Olimpiadanın 1/4 finalında mübarizəni dayandırsa da, Parisdə olmaqda davam edərək Oyunların bağlanış mərasimini gözləyir.
Digər Xəbərlər
28 Sentyabr 2026 19:50
"Sumqayıt" amerikalı basketbolçunu heyətinə qatdı
28 Sentyabr 2026 18:28
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
28 Sentyabr 2026 17:58
“Parma” baş məşqçisi ilə yollarını ayırdı
28 Sentyabr 2026 09:48
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
28 Sentyabr 2026 09:11
Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48
Azərbaycan - Litva qarşılaşması üçün start heyətlər açıqlandı
27 Sentyabr 2026 14:16


Bakı -°C

