Avropadan Ukrayna ilə bağlı birgə BƏYANAT
Avropa liderləri Berlin danışıqlarının nəticəsinə əsasən, Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Adalet.az xəbər verir ki, sənəd Avropa İttifaqı (Aİ) Şurasının rəsmi saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, həm ABŞ, həm də Avropa liderləri müharibənin başa çatdırılması ilə bağlı razılaşma kontekstində Ukraynaya güclü təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa üzrə dəstək verməyi öhdələrinə götürməyə hazırdırlar.
Bu öhdəliklərə əsasən mümkün münaqişələrin qarşısını almaq və Ukraynanın ərazisini müdafiə etmək üçün sülh dövründə 800 000 nəfər təşkil edəcək Ukrayna Silahlı Qüvvələrinin qurulmasına davamlı və əhəmiyyətli dəstək verilməlidir.
Bəyanatı imzalayan tərəflər həmçinin ABŞ-nin dəstəyi ilə “İstəklilər Koalisiyası” çərçivəsində yaradılacaq və Avropanın rəhbərlik edəcəyi “çoxmillətli Ukrayna qüvvələri” vasitəsilə Ukrayna ordusunun bərpasını, ölkənin səmadan və dənizdən təhlükəsizliyinin təmin edilməsini öhdələrinə götürmək niyyətindədirlər.
Bundan əlavə, Aİ liderləri gələcəkdə mümkün hücumların qarşısını almaq üçün ABŞ-nin rəhbərliyi və beynəlxalq ictimaiyyətin iştirakı ilə atəşkəsin dayandırılmasına nəzarət və yoxlama mexanizminin yaradılmasını təklif ediblər. Tərəflər Ukraynaya qarşı yeni hücum halında hərbi, kəşfiyyat, iqtisadi və diplomatik tədbirlərlə cavab verməyi nəzərdə tutan zəmanətlər təqdim etməyə hazırdırlar.
Sənəddə həmçinin ölkənin bərpası üçün əhəmiyyətli vəsaitlərin ayrılması və dondurulmuş aktivlər hesabına Rusiya tərəfindən dəymiş ziyanın kompensasiya edilməsi ilə bağlı bənd var. Avropa liderləri həmçinin Ukraynanın Aİ-yə üzvlüyünü qətiyyətlə dəstəklədiklərini bəyan ediblər.
Bəyanatı Avropa Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Danimarkanın Baş naziri Mette Frederiksen, Finlandiya Prezidenti Aleksandr Stubb, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni, Niderlandın Baş naziri Dik Sxof, Norveçin Baş naziri Yonas Qar Störe, Polşanın Baş naziri Donald Tusk, İsveçin Baş naziri Ulf Kristersson və Böyük Britaniyanın Baş naziri Kir Starmer imzalayıblar.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 14-ü Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner ilə görüşüb. Danışıqlar dekabrın 15-də də davam etdirilib./Qafqazinfo
Digər Xəbərlər
03 Mart 2026 10:40
"ABŞ uzunmüddətli münaqişəyə girməyə hazırlaşmır"
03 Mart 2026 10:34
Ər-Riyaddakı ABŞ səfirliyi vuruldu - YENİLƏNİB
03 Mart 2026 10:11
"İran yeni nüvə obyektləri tikirdi" - Netanyahu
03 Mart 2026 09:52
İran bu məhsulların ixracını qadağan etdi
03 Mart 2026 09:23
"İran Hörmüz boğazından keçmək istəyən tankerləri vuracaq" - SEPAH generalı
02 Mart 2026 20:00
“Ən böyük əməliyyatlar yaxın vaxtda olacaq” - Trampdan İran üçün şok anons
02 Mart 2026 19:51
Bəhreyn İranın 70 raketini VURDU
02 Mart 2026 19:47


Bakı -°C

