Avropa Rusiyanın aktivlərini birdəfəlik dondurmaq istəyir
Rusiyanın Avropa ölkələrində olan aktivləri meddətsiz dondurula bilər. Financial Times bildirir ki, Avropa İttifaqlnın qanunveriliciyində, ehtiyac olarsa, bütün üzv ölkələrin səsbirliyi olmadan belə bir qərarın qəbul edilməsi nəzərdə tutulub.
Əvvəllər, antirusiya sanksiyaları hər altı aydan bir, üzv ölkələrin səsbirliyi təsdiq olunurdu. Bir üzv ölkə qərarın qəbul edilməsinin qarşısını kəsə bilərdi.
Avropa İttifaqı əslində Rusiya aktivlərini və ondan gələn gəlirləri Kiyevə vermək yollarını araşdırır. Hazırda Rusiyanın aktivlərindən ən azı 185-210 milyard avro Ukraynaya kredit şəkilində verilməsi məsələsi müzakirə olunur.
Təbii ki, Rusiya belə bir qərarın qəbul edilməsinə qəti etirazını bildirir və hesab edir ki, Avropa faktiki olaraq Rusiyanın əmlakının müsadirə etməklə məşğuldur.
Xatırladırıq ki, "Böyük yeddiliyin" yığıncağı Rusiyanın xaricdə olan qızıl rezervlərinin yarısını (təxminən 300 milyard avro) dondurub. Moskvanın bu aktivlərinin 200 milyard avrosu Aİ-nin ərazisində, əsasən Belçikanın Evroclear sistemində yerləşdirilib.
Rüstəm Hacıyev
Digər Xəbərlər
03 Mart 2026 13:54
İran Prezident Administrasiyası VURULDU
03 Mart 2026 13:37
Türkiyəyə hücum ehtimalı var? - Hakan Fidan açıqladı
03 Mart 2026 12:35
"Hizbullah"ın daha bir rəhbər şəxsi öldürüldü
03 Mart 2026 11:54
Kapadokiyanın bu qəsəbəsi Sakit Şəhərlər şəbəkəsinə üzv qəbul edildi - FOTOLAR
03 Mart 2026 11:11
İsrail Livanda televiziya stansiyasının binasına zərbə endirdi
03 Mart 2026 10:55
"İran 11 nüvə bombası istehsal etmək gücünə malik olduğunu deyirdi" - Uitkoff
03 Mart 2026 10:40
"ABŞ uzunmüddətli münaqişəyə girməyə hazırlaşmır"
03 Mart 2026 10:34


Bakı -°C

