Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcək - BƏYANAT

Avropa ölkələrinin liderləri Ukraynaya əsaslı hərbi və maliyyə yardımını davam etdirməyə və diplomatik dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
Adalet.az xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, bu barədə İtaliya, Fransa, Almaniya, Polşa, Böyük Britaniya, Finlandiya liderlərinin və Avropa Komissiyasının Prezidentinin birgə bəyanatında deyilir.
Bəyanatda ABŞ Prezidenti Donald Trampın münaqişənin dayandırılması, Ukrayna üçün ədalətli, davamlı sülh və təhlükəsizliyə nail olunması istiqamətində fəaliyyəti alqışlanıb. Eyni zamanda, aktiv diplomatiyanın vacibliyi vurğulanıb, diplomatik həll sayəsində Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarının qorumasının vacibliyi qeyd olunub.
Avropa liderləri Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz öhdəliklərini vurğulayıblar. Bildirilib ki, sülh üçün ABŞ, Ukrayna dövləti və xalqı ilə sıx əməkdaşlıq davam etdiriləcək.
Digər Xəbərlər

Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı YENİ XƏBƏR

"Onlara görə bütün Ukrayna xalqı dua edir"

Türkiyədə zəlzələdə ölən şəxs məşhur aktrisanın əmisi imiş

Ərdoğan bu gün Ermənistan-Azərbaycan sazişini müzakirə edəcək

Rusiya Ukraynanı öldürməyin yolunu axtarır - Zelenski

Türkiyədə daha güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Türkiyədə xilasetmə işləri davam etdirilir - VİDEO
