Avropa İttifaqı Orbanı belə cəzalandırır
Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Josep Borrell bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra nazirlərin qeyri-rəsmi görüşünün sədrlik edən Macarıstanda deyil, avqust ayında Brüsseldə keçirilməsinə qərar verildiyini açıqlayıb.
Adalet.az BBC-yə istinadən xəbər verir ki, bu, Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı mövqeyinə cavabdır.
"Mən başa düşdüm ki, simvolik olsa da, siqnal göndərməliyik ki, əgər siz Avropa İttifaqının əsas siyasətinə qarşı çıxsanız və onu döyüşən tərəf adlandıraraq Avropa İttifaqının siyasətini rədd etsəniz, bunun bəzi nəticələri olmalıdır. Onlar formal nəticələr, simvolik nəticələr olsa belə. Xüsusi bir şey olmayacaq, amma düşünürəm ki, bu münasibəti nümayiş etdirmək və xarici işlər və müdafiə nazirlərinin növbəti qeyri-rəsmi görüşlərinin Brüsseldə keçirilməsinə çağırış etmək məqsədəuyğun olardı", - Borrell nazirlərlə görüşdən sonra bildirib.
Qeyd olunub ki, adətən qeyri-rəsmi görüşlər Aİ-yə sədrlik edən ölkədə keçirilir.
Digər Xəbərlər
25 Sentyabr 2026 13:50
Moskvada universitetlərdə nə baş verir?
25 Sentyabr 2026 13:04
5 qazax hərbçi həbs edildi - SƏBƏB - YENİLƏNİB
25 Sentyabr 2026 12:49
Putinin köməkçisi Nyu-Yorkda Vitkoff və Kuşnerlə görüşüb
25 Sentyabr 2026 12:23
Kiyevdə Ali Ədliyyə binasına raket hücumu olub
25 Sentyabr 2026 12:12
"İranın nüvə bombası yaratmaq planı yoxdur" - Pezeşkian
25 Sentyabr 2026 11:35
Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33


Bakı -°C

