adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Yanvar 2019 12:27
15682
SİYASƏT

Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi Gürcüstanın Haaqadakı səfiri ilə görüşüb

AvropaAzərbaycanlıları Konqresinin Mətbuat Xidmətindən xəbər verilir ki, yanvarın25-də Konqresin prezidenti Sahil Qasımovvə idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər MəmmədovGürcüstanın Haaqadakı Fövqəladə və Səlahiyyətli səfiri Georgi Şarvaşidze iləgöruşüblər.

Görüşzamanı Sahil Qasımov qeyd edib ki, Axalkalakinin Buqaşen gəsəbəsində Azərbaycanınərazi bütövlüyünün pozulmasında iştirak etmiş erməni Mixail Avaqyana qoyulanheykəl Avropada yaşayan etnik azərbaycanlıların narahatlıgına səbəb olub. Azərbaycanvə Gürcüstan arasında strateji müttəfiqlik əlaqələri mövcuddur. Bu iki xalqqardaş xalqlardır və qardaşlığın pozulmaması üçün bu cür halların qarşısıalınmalıdır- deyə S.Qasımov bildirib.

Görüş zamanı GürcüstanınHaaqadakı yüksək rütbəli diplomatı Azərbaycan və Gürcüstan dövlətlərinindostluğunun möhkəmliyindən danışıb və bu dostluğun dəfələrlə tarixin cətinsinaqlarından şərəflə çıxdığını qeyd edib.AzərbaycanlaGürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq,dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.

GeorgiŞarvaşidze iki dövlət arasında münasibətlərin ciddiliyini nəzərə alaraq məsələilə bağlı araşdırma aparıldıgını qeyd edib.

GeorgiŞarvaşidze ilə söhbət əsnasında Sahil Qasımov GUAM təşkilatının — Azərbaycan,Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildəStrasburqda Birgə Kommunike imzalamasını xatırladaraq Avropada məskunlaşmışGürcüstan və Azərbaycan diasporunun birgə fəaliyyət göstərməsinin zəruriliyinivurğulayıb.

Dahasonra Sahil Qasımov və Elsevər Məmmədov Avropada fəaliyyət göstərənGürcüstanınn "Bagration" təşkılatının sədri Maya Adiaşvili ilə mövcud problem barədəmüzakirələr aparıb.

XanimAdiaşvili bildirib ki, bu ağlasığmaz bir addımdır və ümid edirəm ki, bu məsələtezliklə öz həllini tapacaq.

MayaAdiaşvili söz verib ki, Avropa azərbaycanlılarının narahatlığını öz ölkəsinəbildirəcək.