Atmosferi çirkləndirən sexlə bağlı tədbirlər görüləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ sözügedən ünvanda monitorinq keçirilib.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.
Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlildədir. Aparılan monitorinqlərin nəticələrinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52