adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Yanvar 2017 16:00
6807
SİYASƏT

ATƏT sədrindən Qarabağ AÇIQLAMASI

ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.

Bunu Ermənistanın "Mediamax” agentliyinə müsahibəsində Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Onun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geri addımlarla yadda qaldı.

Nazir bütün bunlara baxmayaraq, Avstriyanın ATƏT sədri olaraq sülh prosesinin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib.