“Atalıq hissini bəxş edən...”- Şəhid pilotun xanımından maraqlı şeir...

Şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova 1 iyul Uşaqların Beynəlxalq Müdafiəsi günündə maraqlı paylaşım edib. Könül xanım övladlarıyla birlikdə fotosunu paylaşaraq “Oğlum” adlı şeirini oxuculara təqdim edib:
“OĞLUM”
Övlad eşqi ilə yanıb-çırpınan,
Bu kövrək qəlbimin ahəngi oğlum,
Məni bu həyatda xoşbəxt eyləyən,
Atalıq hissini bəxş edən, oğlum.
Mən sənlə yetəcəm amallarıma,
Sevgin, məhəbbətin qanadım olsun.
Mən sənə baxanda ata gözüylə,
Atamı yaşadan, oğlum, sən oldun.
Sipər tək durmuşam sənin arxanda,
Qoymaram sevincin payız, qış olsun,
Mən sənə baharı, yazı verərəm,
Təbəssümün daim al günəş olsun.
Həyatım, gümanım, övladım!
Sənə sonsuzdur mənim etimadım.
Gələcəyimə işıq saçan sən ol,
Ata adını yaşat, övladım.
Müəllif: Könül Hüseynova”.
Qeyd edək ki, şəhid polkovnik -leytenant Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.
Vasif Əlihüseyn
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
