"Artıq sülh müqaviləsini imzalamağa hazırıq" - Mirzoyan
"“Tramp yolu”nun təfərrüatları Ermənistan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr və danışıqlar yolu ilə aydınlaşacaq".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində deyib.
"Bizim Azərbaycan tərəfi ilə də ümumi anlaşmalarımız var ki, bu da imzalanmış Vaşinqton Bəyannaməsində əksini tapıb və qeyd olunur ki, blokada iki ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası əsasında, maneəsiz və qarşılıqlı fayda əsasında götürüləcək.
Biz həm paraflamada, həm də ondan əvvəl, martın ortalarında mətn razılaşdırılarkən bildirmişdik ki, istənilən vaxt imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa hazırıq. Artıq hazırıq".
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

