"Artıq III Dünya Müharibəsinə doğru getmirik" -Tramp

ABŞ prezidenti Donald Tramp planetin artıq III Dünya Müharibəsinə doğru getmədiyini bəyan edib.
Adalet.az xəbər verir ki, o, bunu amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.
ABŞ lideri Ukraynadakı münaqişədən danışıb. O, ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə vəziyyətin daha da pisləşdiyini qeyd edib: "Düşünürəm ki, bu, III Dünya Müharibəsinə doğru gedirdi, lakin daha baş verməyəcək. Bu, yaxşı xəbərdir. Artıq bundan narahat olmaq lazım deyil.
Biz nizamlanma prosesinin necə getdiyini görəcəyik. Amma vəziyyət III Dünya Müharibəsinə doğru gedirdi. Bu, hərbi münaqişə baxımından indiyə qədər baş vermiş ən dəhşətli hadisədir. Bunlar İkinci Dünya Müharibəsindən bəri gördüyümüz ən yüksək rəqəmlərdir".