“Arsenal”ın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi

İngiltərənin aşağı liqa təmsilçisi “Çiçestr Siti”nin 22 yaşlı hücumçusu Billi Vigar matçda aldığı zədədən sonra vəfat edib.
Adalet.az ESPN-ə istinadən xəbər verir ki, o, topun meydandan çıxmaması üçün mübarizə apararkən beton divara çırpılıb.
Ağır kəllə-beyin travması alan futbolçu dərhal xəstəxanaya çatdırılıb, komaya düşüb və əməliyyat olunub. Lakin bütün səylərə baxmayaraq, gənc futbolçu dünyasını dəyişib.
Vigar 2017-ci ildə “Arsenal” akademiyasında futbol oynamağa başlayır. 2022-ci ildə peşəkar müqavilə imzalayır, daha sonra “Derbi Kaunti” U-21, “Hastinqs” və “İstborn Boro”da icarə əsasında çıxış edib. 2025-ci ildə “Hastinqs”ə, ordan da “Çiçestr Siti”yə transfer olunur.