adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2014 15:36
6250
SİYASƏT

Arif Hacılının yeni müavinləri

Müsavat partiyasının başqanı Arif Hacılı bu gün özünə yeni müavinlərin təyin olunması haqda üç sərəncam imzalayıb. Adalet.az-ın Müsavat partiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müvafiq sərəncamlarla Müsavat Partiyası Məclisinin üzvləri Tofiq Rəşid oğlu Yaqublu, Yadigar Sadıq oğlu Sadıqov və Fərəc Raqif oğlu Kərimov Müsavat partiyası başqanının müavini təyin ediliblər.

Qeyd edək ki, yeni təyin olunan hər 3 müavin həbsdədir.