Arif Hacılıdan yeni təyinatlar
Müsavat Partiyasının Məclisinin növbəti iclası keçirilib.
İclasda Məclisin boş qalan yerlərə və Divan üzvlüyünə seçkilər keçirilib. Divan üzvlüyünə 10 nəfər, Məclis üzvlüyünə isə yalnız başqan müavini Gülağa Aslanlı seçilib. Toplantıda eyni zamanda Səxavət Soltanlı, Osman Kazımov, Gülağa Aslanlı, Nüşabə Sadıqlı və Elman Fəttah Müsavat başqanının Arif Hacılının müavinləri təyin edilib.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Məclis üzvlüyünə 32 yer boş qalıb. Boş qalan yerlər Divanın iclasında müzakirə ediləcək.
Qeyd edək ki, bu gün keçirilən toplantıda Məclisə qatılmayanlar barəsində tədbir görülməsi barədə fikirlər səsləndirilib.
Xatırladaq ki, bundan əvvəl Arif Hacılı hazırda həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqlı və Fərəc Kərimlini özünə müavin təyib edib.
Digər Xəbərlər
01 May 2024 22:45
İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında
01 May 2024 17:37Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 16:10Tokayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı
01 May 2024 16:09