Araz Abdullayevin transferi bu gün rəsmiləşəcək
Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin "Panionios”a transferi bu gün gerçəkləşəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb.
Bildirilir ki, Abdullayev artıq Yunanıstandadı və bu gün tibbi müayinədən keçəcək. "Qəbələ”nin sabiq futbolçusuəvvəlcə klub prezidenti ilə görüşərək son detalları müzakirə edəcək. Onun gün ərzində Super Liqa təmsilçisi ilə sözləşməyə qol çəkəcəyi vurğulanıb. Lakin müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, bu günlərdə "Qəbələ” ilə 2019-cu ilin yanvarına qədər olan müqaviləsinə xitam verilən Araz Abdullayev 2012-ci ildə icarə əsasında "Panionios”un formasını geyinib.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37