Arayik Arutyunyanın hüquqlarını bu vəkil müdafiə edəcək

Ötən gün həbs edilən separatçı Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.
Adalet.az xəbər verir ki, vəkil Alov Səfərəliyev Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib. Bu barədə vəkil sosial şəbəkə səhifəsində məlumat verib və bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.
Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.
Digər Xəbərlər

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi GÖRÜNTÜLƏRİ

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

"Kəngərlidə daha çox ev tikiləcək" - İlham Əliyev

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında - FOTOLAR + YENİLƏNİB

DİN-in Polis Akademiyasında Ulu Öndərin 102-ci ildönümü qeyd edilib - VİDEO
