Aquero Messiyə görə "Barselona"dan ayrıla bilər
İspaniyanın "Barselona" klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər.
Adalet.az "Beteve" nəşrinə istinadən xəbər verir ki, Serxio Aquero Lionel Messi ilə bağlı qərardan sonra Kataloniya təmsilçisi ilə vidalaşmaq üzrədir.
Aqueronun nümayəndələri klubla müqavilə şərtlərinə yenidən baxmaq istəyir. "Barselona" rəhbərliyi 33 yaşlı hücumçuya sözləşmə imzalanarkən Messi ilə birlikdə oynayacağına dair söz verib.
Qeyd edək ki, "Barselona" mayın 31-də Serxio Aquero ilə iki illik müqavilə imzalayıb. Klub avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.
Digər Xəbərlər
04 May 2024 10:29
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47