AQTA : Yararsız qida satanlara qarşı tədbirlər davam etdiriləcək
Sentyabrın 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) regional bölmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
AQTA-dan verilən məlumata görə, tədbirdə insan sağlamlığı üçün təhlükə yarada biləcək qida məhsullarının istehsalı, emalı və satışı, habelə mənşəyi məlum olmayan heyvan mənşəli qidaların dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.
Qeyd olunub ki, bundan sonra da mənşəyi məlum olmayan, insan istehlakı üçün yararsız qida məhsullarının dövriyyəsi ilə məşğul olan sahibkarlara qarşı hüquq-mühafizə orqanlarınının iştirakı ilə qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlərin görülməsi davam etdiriləcək.
Bununla yanaşı ictimai iaşə və heyvan mənşəli məhsulların emalını həyata keçirən sahibkarlıq subyektlərinin yalnız baytarlıq nəzarətindən keçmiş məhsullardan istifadə etmələri istiqamətində təlimatlandırılması, onlarla keçirilən maarifləndirmə tədbirlərinin sayının artırılması qərara alınıb.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48