AQTA Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yaydı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb.
AQTA-dan Adalet.az-a verilən məlumata görə, bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır.
"İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur", - məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, imsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur:
"Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır".
Agentlik vurğulayıb ki, iftar zamanı tələsmədən qidalanmaq da vacibdir:
"Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır. Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır. İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir".
Qeyd edək ki, fevralın 19-dan Azərbaycanda Ramazan ayı başlayır.
Digər Xəbərlər
18 Fevral 2026 13:08
“Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlandı
18 Fevral 2026 12:21
Zabux məktəbində maarifləndirmə tədbiri keçirildi - VİDEO
18 Fevral 2026 11:38
Yaz gəlir...
18 Fevral 2026 11:18
Səhər saat 5-də...
18 Fevral 2026 11:15
Ramazan ayında düzgün qidalanma - Hansı qidalar faydalıdır, hansılar zərərlidir?
18 Fevral 2026 10:47
Daha 17 itkin-şəhid dəfn olunacaq - FOTO
18 Fevral 2026 10:15
Xəzər dənizində suiti cəsədləri aşkarlanıb - VİDEO
17 Fevral 2026 15:45


Bakı -°C

