AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bununla yanaşı, idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir.
Adalet.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib. Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır.
Bildiririk ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib. Ehtiyat tədbiri olaraq “Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, dünən dünya mediasında "Nestle" şirkətinin zəhərlənmə ehtimalı ilə bir çox uşaq yeməklərini geri çağırdığı barədə xəbərlər yayılmışdı.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

