AQTA bu rayonların ərzaq bazarlarında monitorinq keçirdi - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə, Ağstafa və Salyan rayonlarında yerləşən ərzaq bazarlarında monitorinq keçirib.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, nəzarət tədbirləri zamanı bazarlarda yüksək riskli qida məhsullarının açıq havada, antisanitar şəraitdə və temperatur rejiminə uyğun olmayan formada satışa təqdim edildiyi müəyyən olunub. Xüsusilə ət, balıq və quş əti məhsullarının, turşuların üstü açıq, toz və çirklənməyə məruz qalan mühitdə satışı insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
AQTA bir daha bazar rəhbərlərinə xəbərdarlıq edir ki, qida məhsullarının satışı tam təhlükəsiz şəraitdə həyata keçirilməlidir. İnsanların həyat və sağlamlığını riskə atan, qaydalara əməl etməyən satış müəssisələri barəsində qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir. Agentlik əhalini qida məhsullarını alarkən satış və saxlama şəraitinə diqqət etməyi tövsiyə edir.
Digər Xəbərlər
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16


Bakı -°C

