Aqşin Dadaşoğlu: Gecələr soyuq olur səngərlər

Gecələr soyuq olur səngərlər,
Güllələrin işığında,isinir əsgərlər..
Hərdən canı yanan da olur ,bir güllə istisindən..
Səngərlər boğulur,yanan arzuların tüstüsündən..
Vətənin yaralı yeri qan verdikcə,
Neçə Şəhid qanı vurulacaq Vətənin damarlarına..
Ünvanına gec çatan əsgər məktubları,
Dönür Şəhid məktublarına..
Haradasa bir məmur balası şampan partladıb qızları qorxuzanda..
Əsir düşməmək üçün sonuncu qumbarasını sinəsinə sığan oğlanlar düşür yadıma..
Tüklərim ürpəşir..
Kim nə deyir desin..
Vətənin ən uca yeri Bayraqlarımızın dalğalandığı yerdi..
Vətənin Ana yeri
Səngərlərdi,
Səngərlərdi..
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
