adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Yanvar 2020 09:04
46131
SİYASƏT

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir – FOTOLAR

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonun Sarıcalı və Taynaq kəndlərində seçicilərlə görüş keçirib.

Görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib. Kənd sakinləri bu dövr ərzində Aqil Abbasdan razı qaldıqlarını, onlar üçün hər zaman əlçatan deputat olduğunu xüsusi qeyd ediblər.