adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Iyun 2020 09:18
23380
SİYASƏT

AQİL ABBAS: MİLLİ ŞURANIN YARANANDAN BƏXTİ GƏTİRMƏYİB

AğdamdaQurban Pirimovun bir tarı vardı. Şöhrətnaminə tar çalanlar onu almaq üçünətək-ətək pul verirdilər. Tarüç-dörd min manat arası tarzənlərdə gəzirdi.

Ağdamın,eləcə də Qarabağın böyük sənətkarlarının müəllimi olmuş bir gözəl muğam ustası,tarzən vardı – Məşədi Nərimanadında.

Məşədiyədeyirlər:

-Məşədi, xəbərin var, Qurban əminintarını üç min beş yüzə Mübariz müəllim aldı.



MəşədiNəriman da başını yırğalayıb deyir:

-Ay bala, o tarın bəxti yoxdu ey, Qurban əmidənsonra hələ də bir sənətkar əlinədüşməyib.

İndiMilli Şuranın heç Qurbanəmisi də olmadı. Tiflisdə yarandı, Rusiyanın xeyir-duası ilə , amma sədri Azərbaycana gəlmədi.Bir ara Moskvadan idarə elədi, sonra da yoruldu, çəkildi geri. VəRusiya da gördü ki, boş şeydi, əlini üzdü.

Ondan sonrakısədr də indi ABŞ-da oturub,Şuranı ordan idarə edir.

Şura üzvləri dəbekarçılıqdan internetdə çayxanasöhbəti edirər, təhqirin biribir qəpik.