adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Iyun 2019 09:57
10051
MƏMLƏKƏT

Aqil ABBAS: "Kimsə işləmirsə, aliment ödəməyə imkanı yoxdursa..."

Tanınmış şair Murad Köhnəqala 12 min manatlıq aliment borcuna görə Tovuzrayon Məhkəməsi tərəfindən 15 sutkalıq həbs edilib. Azərbaycanda hər gün xeyli adam aliment ödəyəbilmədiyi üçün həbslə cəzalandırılır. Aliment ödəmək imkanı olduğu halda ödəməkdənimtina edənlərin məsuliyyətə cəlb edilməsi, əlbəttə, tamamilə qanunauyğundur. Ancaq heç bir yerdə işləməyən,aliment ödəmək imkanı olmayan şəxsin həbsə atılmasının hansı fayda verəcəyimüzakirə predmetidir. İşsizlikdən aliment ödəyə bilməyən şəxsləri həbsə atmaq əvəzinə,onları müəyyən işlə təmin etmək və işləyib, həm özünü dolandırmasına, həm dəkeçmiş ailəsinə aliment ödəməsinə şərait yaratmaq daha yaxşı çıxış yoluolmazmı?

Məsələ ilə bağlı Bakupost.az-a tanınmış yazıçı, millət vəkili Aqil Abbas açıqlamasındabildirib ki, aliment ödəməkdən imtina edənlərin qanun qarşısında cavab verməsilazımdır, çünki bəzi şəxslər bundan qəsdən boyun qaçırır: "Ancaq kimsə işləmirsə,aliment ödəməyə imkanı yoxdursa, onu həbsə atmağın da heç bir mənası yoxdur. Həbsdəişləyib pul qazanacaq? Azadlıqda olsa, yenə bir şansı olardı”.

Deputat şairM.Köhnəqalanın həbsini də şərh edib. O deyib ki, M.Köhnəqala onun dostudur vəuşaqlarına bugünə qədər nələr etdiyini bilir: "Mən indi hər şeyi deməkistəmirəm, ancaq Muradın uşaqlarını necə sevdiyini, onlar üçün nə etdiyinibilirəm. Murad neyləməliydi, uşağına pul verəndə çek almalıydı? Bu günə qədərheç kim heç nə tələb etməyib. Borc yığılıb 12 min manata çatıb. Birdən birəadamı həbsə atırlar. Bu məni çox narahat edir. Murad çox istedadlı, yüksəkədəbi savada və bacarığa sahib adamdır. Onun dostları da arxasındadı. Və tələbolunan pulu da köməkləşib ödəyəcəklər”.

A.Abbas MilliMəclisdə aliment həbsləri ilə bağlı qanuna dəyişiklik təklif etməsi məsələsinəbarədə isə deyib ki, qanuna hansısa formada dəyişiklik etmək qəsdən alimentödəməyən şəxslərin əlini gücləndirə bilər: "Bir çox adam qəsdən alimentödəmir. Qanuna dəyişiklik eləmək belə halların artmasına səbəb olar. Ancaqhansısa formada bir düzəliş etmək lazımdı ki, aliment ödəməyə imkanı olmayanadamların həbsə atılmasının da qarşısı alınsın”.