Aqil Abbas: Bakı sakinləri rayonlara buraxılsın
"Bu gün parlamentdə Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldırdım".
Adalet.az-ın məlumatına görə, bunu millət vəkili Aqil Abbas deyib. Onun sözlərinə görə, söhbət ancaq karantin günlərindən getmir. Beşgünlük iş həftəsində də evdən çıxmayan şəxslər, xüsusi ilə uşaqlar var. "İndi dəniz yoxdur, gəzməyə çıxa bilmirlər. Onlara imkan yaradılmalıdır ki, rayonlara getsinlər. Çox adamın rayonlarda evi, qohumları var. Kimsə ailəsini aparıb kəndlərinə qoya bilər. Ən əsas uşaqlar yazıqdırlar".
Deputataın sözlərinə görə, bu Bakının da yükünü azaltmağa kömək edəcək. "Mən təklifimi səsləndirdim, ona baxmaq isə hökumətin işidir".
Xatırladaq ki, 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19