adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
05 Aprel 2018 15:24
14731
MƏMLƏKƏT

Aprel şəhidlərinin xatirəsi anıldı - FOTOLAR

AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Kürdəmir rayonunun Sor-sor kənd ortaməktəbində işğalçı Ermənistan hərbi birləşmələrinin 2016-cı il aprelin 2-dədövlətimizə qarşı növbəti təxribatının qarşısının alınmasında qəhrəmanlıqgöstərərək şəhid olmuş vətən oğullarının xatirəsinə həsr olunmuş tədbirkeçirmişdir. Məktəbin direktoru Zeynal Səfərov tədbiri giriş sözü ilə açaraqtorpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin unudulmaması vəonların xatirəsinin yad edilməsinin gənc nəsildə hərbi vətənpərvərlik ruhununaşılanmasına xidmət etməsindən bəhs etdi.

Sonra tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfədoktoru Yaqut Bahadurqızı 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyüuğrunda gedən döyüşlərdə qəhrəman ordumuzun Vətən qarşısında müqəddəs borcunuşərəflə yerinə yetirməsindən, dörd günlük müharibədə xalqımızın qələbə sevinciyaşamasından, Aprel döyüşlərində şəhid olan oğullarımızın Azərbaycan xalqınınşanlı qəhrəmanlıq səhifəsini yazmasından söhbət açdı.


Məktəbin hərbimüəllimi Tofiq Nəzərov çıxış edərək kürdəmirli aprel şəhidləri Mi-24 hərbihelikopterinin ekipaj üzvü, ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilətəltif edilmiş baş leytenant Əbu Bəkr İsmayılovun və Azərbaycan Milli Ordusununkəşfiyyatçısı, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəlimedalı ilə təltif olunmuş şəhid Tural Qurbanovun tərcümeyi-halından, döyüşşücaətindən danışmışdır.


Tədbirdəməktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər, Yaqut Bahadurqızının"Hay ver mənə, cənab leytenant” kitabından şəhid baş leytenant Əbu Bəkrİsmayılovun və kəşfiyyatçı şəhid Tural Qurbanovun həyatından bəhs edən epizodlar,hər iki şəhidin qısa, lakin şərəfli həyatının məqamlarını əks etdirən video və fotoslaydın nümayişi hər kəsə kövrək anlar yaşatdı.

Sonda şəhid Əbu Bəkrİsmayılovun anası Rəna İsmayılova və şəhid Tural Qurbanovun anası Solmaz Qurbanovaçıxış edərək gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunması məqsədiilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdilər. Onlar şəhidlərinxatirəsinin əziz tutulmasının onların valideynləri üçün ən böyük təsginlikolduğunu vurğuladılar.