adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 May 2016 16:22
8344
DÜNYA

Aprel döyüşlərində qaçan erməni polkovnik ordudan qovuldu

"DQR”-in Ağdərədə dislokasiya olunmuş Madagis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.

Bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiq edib.

"Mətbuatda belə bir xəbər yayılıb ki, polkovnik aprelin əvvəllərində Dağlıq Qarabağda gedən 4 günlük müharibə zamanı birdən itməsinə görə, vəzifədən azad olunub?” - sualına cavabında Artsurun Ovanisyan: "Məndə olan məlumata görə, o, aprel döyüşləri zamanı məzuniyytədə olub” - deyə bildirib.

"Arminfo” agentliyi bildirir ki, Arutyun Əmirxanyanın işdən çıxarılmasının səbəbi aprel döyüşləri zamanı yoxa çıxması və ancaq Rusiyanın paytaxtı Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra vəzifəsinə dönməsidir.

Bildirilir ki, polkovnik bunu aprel döyüşləri zamanı ayağının sınması və bu səbəbdən Xankəndidə müalicə olunması ilə əsaslandırmağa çalışsa da, məlumat təsdiqlənməyib.

Qondarma "DQR-nın müdafiə nazirliyi” polkovnik Əmirxanyanın aprel döyüşləri zamanı harada olduğuna və nədən işdən azad edildiyinə aydınlıq gətirməyib.

Qeyd olunub ki, erməni tərəfi aprel döyüşlərində Madagis istiqamətində ağır itkilər verib.