adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Fevral 2020 09:16
21012
ŞOU-BİZNES

Aparıcı Tolikdən müqayisə: Ən bahalı müğənni...

Xəzər tv-də yayımlanan "Hərşey daxil" verilişi zamanı müğənnilərin trendə düşməyindən söhbət düşüb. Aparıcı Tarix Əliyevverilişdə bir çox maraqlı faktı açıqlayıb:"Bu gün hər şeyi trendlə müqayisəetmək düzgün deyil. Şəbnəm, Damla trenddə öz sözün deyə bilər. Məsələn, AygünKazımovanın "Youtube” kanalında qırx üç min izləyicisi var. Amma bu gün bir məclisəAygün Şəbnəmdən beş dəfə artıq məbləğə gedir. Röya öz sözünü 17 il əvvəl deyib.Bu gün Röyanı, Aygünü Damla və Şəbnəmlə müqayisə edə bilməz heç kim".

Adalet .az xəbər verir ki, tanınmış aparıcınınbu təqdimatından sonra müğənnilərin toy qiymətləri izləyicilər arasında müzakirə edilib. Bunu nəzərəalıb kicik bir araşdırma apardıq.

Xalqartistləri

İlköncə səhnəmizin divası, Xalq artistiAygün Kazımovanın toyqiyməti ilə maraqlandıq. Omətbuata acıqlamasında : "Bütöv toy idarə etmirəm. Yalnız yarım saatlıqoxuyuram. Yarım saat 6 min manatdır. Amma bu qiymət bölgələr üçün deyil. Toypaytaxtımızdan kənardadırsa, qiymət, təbii ki, artacaq".Xalq artisti Nazpəri Dostəliyevaisə fərqli bir rəqəm söylədi: "Bütöv toyu 10 minə, yarım saatı isə 3 minmanata gedirəm"."Bütöv toy 5 min, yarım saatı 1500 manata idarə edirəm"-bu sözləri isə Xalq artisti Səməd Səmədovaməxsusdu. Xalq artisti Gülyanaq Məmmədovabacısı ilə birgə bütöv toyu 8 min manata idarə etdyini dedi: "Yarım saataisə 2500 manata gedirəm ". Xalq artisti Bilal Əliyev bütün müğənnilərdən fərqli olaraq fantastik bir rəqəm söylədi:"1 milyon manata. Mənim toy qiymətim budur". Xalq artistiRöya Ayxanisə: "Yarımsaat 8 min manata, bütöv toya getmirəm"- deməklə kifayətləndi.



Əməkdar artistlər


Əməkdar artistMətanət İsgəndərli:"Yarım saat 3000-3500 arası, bütöv toy isə 7 min manata oxuyuram"-dedi.Əməkdar artist Abbas Bağırov:"Bütöv toyu 20 min, yarım saatı 6 min manata gedirəm. Onu da deyim ki, 20 minmanatın hamısı mənə çatmır. 18 nəfərdən ibarət musiqiçi var. Onlarla bölüşürəm"-deyə bildirdi.

"Bütöv toya 8 min, yarım saat 3 min manata gedirəm" sözləri isə Əməkdar artist LaləMəmmədovaya məxsusdur.Əməkdar artist Elnarə Abdullayeva isə paytaxtdan kənardatoy qiymətlərinin bundan baha olduğunu önə sürdü: "Yarım saatı 3 min,bütöv toyu 10 min manata idarə edirəm. Bu qiymət yalnız Bakıdadır. "

Müğənnilər


Müğənni Sevda Yahyayeva:"Yarım saat 3 min manat, bütov toyu özümün geniş ansamblımla birlikdə 9min manata aparıram. Mənimlə bərabər gənc oğlan ifaçı da bütov toyda məclis əhlinintoyunun şən keçməsinə yardım göstərir". Aparıcı-müğənni MuradArif: "Yarım saatlıq 1000, bütöv toyu isə 2500 manata aparıram(Ansamblsız)". Müğənni XəyyamNisanov: "Yarım saatlıq 2500, bütöv toyu isə 8500-ə aparıram". Müğənni Manaf Ağayev:"Toyayarım saatlıq getmirəm. Bütöv toyu 5 minə oxuyuram". Müğənni Nuri Sərinləndirici: "Bakıda bütöv toyu 15 minə,bölgələrdə isə 20 min manata aparıram". Müğənni Elton Hüseynəliyev: "Bütöv toya 12 minə, yarımsaata 4 minə gedirəm".
Müğənni Nazənin:"Bütövtoyu tək 6 min, ansamblla 8 min, yarım saatlıq isə 2 minə gedirəm". Müğənni Elvin Abdullayev:"Bütöv toyu 5 minə, yarım saata 1500 manata gedirəm".

Müğənni Günay İbrahimli:"Yarım saat 2500 manata, bütöv toya 8 minə gedirəm". Müğənni Səidə Dadaşova:"Yarımsaatlıq 500, musiqiçilərsiz bütöv toyu isə 1500 manata idarə edirəm".Müğənni Pərvin Lətifov: "Yarım saatı1500, bütöv toyu 4 min manata oxuyuram". Müğənni Aysel Əlizadə: "Bütöv toya getmirəm. Yarım saatı1500 manata oxuyuram". Müğənni Ayan Babakişiyeva: "Bütöv toyagetmirəm, yarım saat 2500 manata gedirəm".Müğənni Emil Bədəlov: "Yarım saata 2 minə, bütöv toyu 5min manata aparıram".Skripkaçı SəlimAbbasov: "Yarım saatı 3 minə gedirəm. Bütöv toy, ansamblla bir yerdə 6minə gedirəm".Sevinc-Sevil bacıları:"Allah hər kəsə xeyir iş qismət eləsin. Yarım saatı 3 minə, bütöv toyu 8minə oxuyuruq". Müğənni Ülvi Qılınc: "Yarım saatı 1500 manata gedirəm.Bütöv toya getmirəm". Müğənni YaşarYusub: "Yarım saatı 1500, bütöv toyu 5 minə gedirəm".Müğənni Yaşar Cəlilov: "Yarımsaatı 1500, bütöv - 4 min manata idarə edirəm" .Müğənni TəranəQumral və Musa Musayev cütlüyü:"Yarım saat 2 min, bütöv toyu 6 minə aparırıq".

Müğənni Mətanət Əsədova açıqlamasında belədeyib:"Qiymət fərqlidir. Ölkədən kənara tək başıma 15 000, ansamblımla bərabər30 000 dollara gedirəm. Bakıda nisbətən ucuz gedirəm. "For Season" vəbu kimi bahalı məkanlarda baş tutan toya 10 000-ə, digər restoranlara isə 8 000dollara gedirəm".

Beləliklə kimin nə qədər qazandığıoxucularımıza da bəlli oldu.


Əntiqə Rəşid