adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 13:10
76
ŞOU-BİZNES
A- A+

Aparıcı: “Tamaşaçı üçün o zaman maraqlı olursan ki…”

Uzun zamandır ekranlarda  görünməyən məşhur aparıcı  Ceyran Rəhimova həmkarları ilə bağlı fikir səsləndirib.

Adalet.az  bildirir ki, o, həmkarlarının  şəxsi həyatlarının qapalı qalmasının tərəfdarı olduğunu söyləyib:

“İlk növbədə aparıcı özünü adiləşdirməməlidir. Tamaşaçı üçün o zaman maraqlı olursan ki, öz  sərhəddini qoruyursan.  Tamaşaçı aparıcının, ümumən,  jurnalistin  məişətini bilməməlidir.  Nə qədər özəl tərəflərini izləyiciyə  göstərirsənsə, bir o qədər də adiləşirsən. Artıq dinləyicini cəlb edən heç nə qalmır.Axı biz şou göstərmirik. Bizim şəxsi həyatımız  tamaşaçının nəyinə gərəkdir”?

Əntiqə