adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 16:36
1065
ŞOU-BİZNES

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova “Lətafətin mətbəxi” proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb. 

Nigar daha sonra bildirib ki, verilişə gələn zaman aparıcıya zəng edib, o isə cavab verməyib. 

Bu isə aparıcı ilə müğənni arasında mübahisəyə səbəb olub. L.Ələkbərova müğənninin onun proqramdakı planlarını pozduğunu bildirib.