"Antiterror əməliyyatında Xocalıya ədalət təmin edildi"
Prezident İlham Əliyev Azərbaycan üçün ərazi bütövlüyünün tam bərpa edilməsinin əsas məsələ olduğunu bildirib.
Adalet.az xəbər verir ki, bunu Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında danışan dövlət başçısı vurğulayıb ki, hazırlıq dövrü çox çəkdi, bu da təbiidir.
"Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq".
Prezident bildirib ki, son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında Azərbaycanın mövqeyini, ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir.
"Bu, Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır".
Prezident əlavə edib ki, Azərbaycan heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurub:
"Güclü ordu qurduq - həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi".
Digər Xəbərlər
26 Fevral 2026 18:49
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi
26 Fevral 2026 17:33
Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi
26 Fevral 2026 17:23
İlham Əliyev Ərdoğana zəng etdi
26 Fevral 2026 17:12
"Azərbaycan dövləti o qədər güclüdür ki..." - Prezident
26 Fevral 2026 17:06
"Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın" - İlham Əliyev
26 Fevral 2026 17:04
"Heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin" - Prezident
26 Fevral 2026 17:00
"Xocalı Soyqırımı Memorialı silinməz yaddaşımızın təcəssümü olacaq" - Dövlət başçısı
26 Fevral 2026 16:59


Bakı -°C

