Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?
Antiseptik yoxdursa, evdə və iş yerində səthləri tünd alkoqolla təmizləmək olar. Ancaq bunun effekti nisbətən az olacaq.
"RİA Novosti”nin məlumatına görə, bunu rusiyalı həkim-infeksionist, tibb elmləri namizədi İlya Akinfeyev deyib.
"Səthləri təmizləmək üçün istifadə edilən xüsusi antiseptiklərin tərkibində 60 faiz spirt olur. Arağın tərkibində isə 40 faiz spirt var, buna görə də effektivliyi az olur. Ancaq hər halda virusa təsir edir”.
Bununla belə, o, imkan varsa, səthlər üçün antiseptiklər almağı tövsiyə edib.
"Unutmamaq lazımdır ki, səthlər üçün olan antiseptiklərdən dəri üçün istifadə etmək olmaz, çünki kimyəvi yanıq ala bilərsiniz. Təlimata tam riayət etmək lazımdır”, - deyə, oxəbərdarlıq edib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29