Antisanitar şəraitdə emal olunan quş ətinin satışı dayandırıldı - FOTO
Gəncə şəhəri, Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Ayəddin İsa oğluna məxsus quş əti emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Adalet.az-a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.
Belə ki, xammalın qəbulu, saxlanması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlandığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
25 Sentyabr 2026 18:00
Bir çox xəstəliyinizin dərmanıdır
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26


Bakı -°C

