Antalyaya gedən azərbaycanlı turistlərin sayı açıqlandı
2019-cu ilin yanvarında Antalyaya 1000 azərbaycanlı turist səfər edib.
Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, bu göstəricinin 2018-ci ilin yanvar ayı ilə müqayisədə 39 faiz çox olduğu bildirilir.
Ümumilikdə, yanvar ayı ərzində Antalyaya 135 ölkədən 142,3 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur.
Azərbaycanlıların daha çox səfər etdikləri yerlər arasında Bodrum da ilk sıralardadır. Belə ki, 2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib.
Ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.
Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29