Ann Brasör yenidən AŞ PA sədri seçildi
Bu gün Ann Brasör ikinci müddətə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri seçilib. Bu barədə Adalet.az TASS agentliyinə istinadən xəbər verir.
Parlamentarilərdən heç kim öz namizədliyini irəli sürmədiyi üçün bu posta onun namizədliyi yeganə olub.
A.Brasör Assamblayeda işinə 1993-cü ildə başlayıb. O, AŞ PA-da "Avropa uğrunda liberallar və demokratlar alyansı” qrupuna 2009-cu ildən rəhbərlik edib. 2012-ci ilin yayında Assambleya A.Brasörun Tunisdə hakimiyyətin demokratik yolla təhvil verilməsi haqqında hazırladığı qətnaməni təsdiqləyib.
AŞ PA rəhbərinin səlahiyyət müddəti bir ildir və bu müddət bir dəfə uzadıla bilər. Beləliklə, 2016-cı ilin yanvarında Assambleyaya yeni sədr seçiləcək.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36