03 Iyun 2025 16:31
518
DÜNYA

Ankarada Tələt Paşanın xatirəsinə ucaldılan abidə - İrəvandakı abidəyə cavab?.

Müasir Türkiyənin təməlini qoyan və böyük xilaskarlarından biri, Anadoluda türk millətinin əbədi əmin-amanlığını təmin edən Tələt Paşa ilə bağlı xəbər hər kəsi sevindirib.

Adalet.az xəbər verir ki,  Türkiyə mediası Tələt Paşa Bulvarında Tələt Paşa üçün abidə ucaltdılğını yazıb. Bu xəbər ermənilərə güllə kimi dəyib. Hazırda erməni mediası qəzəblə  yazır:"Ankarada erməni soyqırımının təşkilatçısı Tələtə xatirə abidəsi qoyulub.Türkiyənin paytaxtında erməni soyqırımının əsas təşkilatçılarından olan Tələt Paşanın xatirə daşının açılış mərasimi olub.
Türkiyənin “Milliyet” qəzetinin verdiyi məlumata görə, Ankara bələdiyyə başqanı Mənsur Yavaş abidə daşının açılışında iştirak edərək, əsrin ən böyük cinayətkarlarından olan Təlat Paşaya tərif və ehtiram sözlərini çatdırıb".

Xatırladaq ki, 1874-cü ildə Osmanlı imperiyasının Ədirnə vilayətində doğulan Məhmət Tələt ağlı, savadı, uzaqgörənliyi və xalqına məhəbbəti ilə seçilən bir fəxarətli türk olub.Osmanlılnın baş naziri kimi məsuliyyətli bir məqama çatmaq üçün böyük sınaqlardan keçib. O, Ənvər Paşa və Camal Paşa ilə birgə məşhur Üç Paşa iqtidarını quraraq dövlətin modernləşməsində vacib rol oynayıb.Tələt Paşa müharibə dövründə dövləti içdən sarsıtdığı güman edilən ermənilər daxil olmaqla bəzi ünsürlərin Anadoludan çıxarılmasına dair köç qanunun hazırlanması və tətbiqində yaxından iştirak edib. 

Odur ki, ermənilər onu özlərinə ən böyük düşmən hesab edib, ölümünə qərar çıxarıblar. 

 Paşa ölümünə az qalmış qələmə aldığı xatirələrində belə qeyd edib: “Məni bir gün küçədə güllələyəcəklər. Alnımdan qan axaraq yerə səriləcəyəm. Yataqda ölmək nəsib olmayacaq. Ziyanı yoxdur, gəlib vursunlar. Vətən mənim ölümümlə bir şey itirməyəcək. Bir Tələt gedər, min Tələt yetişər!”.

Tələt Paşa 1921-ci il martın 15-də Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirildi. Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək eyni il iyunun 3-də məhkəmə tərəfindən sərbəst buraxılır. Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edilir.

 Ermənilərin İrəvanda  Soğomon Teyliryana qoyduğu abidə əslində Tələt Paşanın aşağılanması idi.

 Ankarada Tələt Paşanın xatirəsinə ucaldılan abidə əslində İrəvanda qatil Soğomon Teyliryana qoyulan abidədən  çox zəif görünür

Əntiqə Rəşid