adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Sentyabr 2018 18:09
9348
GÜNDƏM

Ana dilimiz ölməzdir, müqəddəsdir

Ana, vətən, xalqdilə bağlıdır. Ana dili xalqımızın tarixini, mədəniyyətini, dinini, adət-ənənələrini,əxlaqi keyfiyyətlərini, dünyaya, insana, həyata baxışını, milli xüsusiyyətləriniözündə əks etdirən, yaşadan əbədi milli varlıqdır. Heç vaxt tükənməyən, dəyərdəndüşməyən, əsrlərin sınaqlarından çıxıb bu günə kimi bizi tanıdan, şöhrətləndirən,qolumuza qüvvət, gözümüzə nur verən mili sərvət, qürur mənbəyimizdir.

Bizə süd veribboya-başa çatdıran, gecə-gündüz qayğımıza qalan anamızın dili anamız qədər əziz,babalarımız kimi müdrik, əcdadlarımız tək unudulmazdır.

Ana dilini sevməyən,qiymətləndirməyən, qorumayan, yaşatmayan insanın anasını, vətənini, xalqınısevməyinə inanmıram. Əgər ana dilimizi mükəmməl bilmiriksə, ona biganəyiksə,dindən, mənəviyyatdan, ünsiyyətdən uzağıq, nəinki dilimizə, xalqımıza, əcdadlarımıza,keçmişimizə, gələcəyimizə, nəslimizə-kökümüzə biganəyik.

Ulu ÖndərimizHeydər Əliyevin "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır"müdrik kəlamı xalqın ruhundan doğulub və milyonların fikrinin, ürək yanğısınınifadəsidir.

Azərbaycanlıolub, bu torpağın çörəyini yeyib suyunu içən, varlığından qidalanan, vəzifə,iş-güc sahibi olan bir insanın öz ana dilində danışa bilməməsi, fikrini ifadəetməyi bacarmaması, deyilənləri tam başa düşməməsi, milli tariximizdən, ədəbiyyatımızdan,folklorumuzdan xəbərsiz olması, hətta övladlarına ana dilində danışmağa qadağaqoyması, xaricdən dayə gətirib onlara başqa dilləri öyrətməsi, əcnəbi ruhda tərbiyəverməsi yolverilməzdir, bağışlanılmazdır.

Ümummilliliderimiz sağlığında öz ana dilinə biganə olanları şikəst adlandırmaqla bərabər,həm də onlara ciddi iradlarını bildirir,məsləhətlərini verirdi: "Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili iləyaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinəqaldırmaq, xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsindəmümkün olur."

Heydər Əliyevömrünün son anına kimi ana dilimizin saflığı, inkişaf etdirilməsi uğrunda qətiyyətləmübarizə aparmış, zəngin, ahəngdar, dərin tarixi köklərə malik olan, ürəkdənsevdiyi, əzizlədiyi ana dilində danışmaqdan fəxr duyduğunu qürurlabildirmişdir.

İstər Sovetlərdövründə, istərsə də müstəqillik illərində ölməz rəhbərin dilimizin inkişafı, təkmilləşməsisahəsində həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, imzaladığı sərəncamalar,fərmanlar bunun bariz nümunəsidir. Sovet dövründə Azərbaycan RespublikasınınKonstitusiyasında "Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir" fikrininifadə olunması Ulu Öndərin qətiyyətli mövqeyinin, ana dilinə sonsuz sevgisininifadəsi idi. Sonralar bu mövqe, bu istək müstəqil Azərbaycanın 12 noyabr1995-ci il tarixdə qəbul olunmuş Konstitusiyasında, "Dövlət dilinin tətbiqiişinin təkmilləşdirilməsi haqqında" fərmanda, "Azərbaycan MilliEnsiklopediyasının nəşri haqqında", Azərbaycan Respublikasının Dövlət dilihaqqında” Azərbaycan Respublikasnın Qanununda və digər sənədlərdə öz əksinidolğun şəkildə tapmış, rəhbərə ümumxalq məhəbbəti qazandırmışdır.

Heydər Əliyevinhəyata keçirdiyi dil siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmaqlaardıcıllığı və səmərəliliyi ilə daim fərqlənib, dilimizin inkişafına, saflığınamühüm töhfələr vermişdir. Xalqın mənəvi varlığı kimi ana dilini dərindən və mükəmməlöyrənmək, sevmək, dilin qayğısına qalmaq, saflığını qorumaq, onunla fəxr etmək,nitqimizin gözəlliyini duymaq, bu gözəlliyi hər zaman, hər yerdə təbliğ etmək,dilimizdə düzgün danışmaqla hamıya nümunə olmaq, zəngin lüğət tərkibindən vəsöz ehtiyatlarından bacarıqla istifadə ertmək, dilə yad olan meyllərdən qətiyyətləuzaqlaşmaq, rəhbərin dil siyasətini səciyyələndirən başlıca amillərdir.

AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevinbu siyasəti ardıcıl davam ertdirməsi ana dilimizin təkmilləşdirilməsini daha da sürətləndirmişdir."Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsihaqqında", "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycandilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsihaqqında" sərəncamları, "Azərbaycan dilinin qloballaşma şəraitindəzamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dairDövlət Proqramı" və digər mühüm tədbirlər dil siyasətini dəyərləndirən əyaninümunələrdir və elmi təşkilatlarımız, alimlərimiz, ziyalılarımız, müəllimlərimiz,eləcə də hər bir vətəndaş qarşısındayeni vəzifələr qoyur.

Cənab İlhamƏliyev qətiyyətlə deyir: "Biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycandilinin saflığını təmin etməliyik".

Bu kəlmələr anadilini sevən, ona hörmət bəsləyən hər bir insan üçün həm məsuliyyət, həm dətapşırıqdır. Rəhbər, Azərbaycanlı məsləhətidir.

Ölkədə Azərbaycandilinin inkişafına, təbliğinə göstərilən qayğı və diqqət hər birimizisevindirir. İnsanlar bu qayğını yalnız dilimizə deyil, tariximizə, mədəniyyətimizə,əcdadlarımıza, gələcəyimizə, ölkəmizin tanıdılmasına göstərilən diqqət kimiqiymətləndirirlər. Hər bir kəs bu sahədə nəyəsə nail olmağa can atır.

Xaçmazdaucaldılan möhtəşəm ana dili müəllimi abidəsi buna bir nümunədir. Bu abidəniseyr edərkən insan dilimizin qədirşünaslarını, elimizin müdriklərini ,ağsaqqallarını, öz fikirləri, sağlam düşüncələri, əməlləri ilə xalqımızıucaltmağa, tanıtmağa, əxlaqımızı, amalımızı dünyaya çatdırmağa çalışanları,dövlətə, cəmiyyətə sədaqətlə xidmət edənləri bağrına basmaq istəyir.

Xaçmazrayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin bu nəcib təşəbbüsü -ana dili müəlliminə abidə ucaltması dövlət rəhbərimizin qarşıya qoyduğu vəzifələrə,qəbul olunan fərmanlara əməli cavab olmaqla bərabər, ana dilimizə, doğma müəllimlərimizəolan çox böyük hörmətin, ehtiramın ifadəsidir. Bu tək ana dili müəlliminəqoyulan bir abidə deyil, analarımıza, min bir zəhmətlə bizə elm, savad verənbütün müəllimlərimizə, dilimizin, elimizin, tariximizin ucalığına, möhtəşəmliyinə,müqəddəsliyinə, əbədiliyinə qoyulan abidədir!

UluÖndər Heydər Əliyevin abidənin lövhəsində həkk olunmuş "Mən dünyada müəllimadından yüksək ad tanımıram. Ana dili xalqın milli sərvətidir" kəlamlarıbu iki ölməz, müqəddəs varlığa - müəllimə və dilimizə verilən ən böyük qiymətdir.

Abidəətrafında qranitdən hazırlanmış 38 kitab isə Dədə Qorqud, Nizami, Nəsimi,Füzuli, Səməd Vurğun, Üzeyir Hacıbəyov və digər klassiklərimizin, müdriklərimizinduyğularını, dünyaya bəxş etdikləri bəşəri ideyaları təbliğ etmək baxımındançox səciyyəvidir. Axı bu müdriklər dilimizi zaman-zaman qoruyublar, ana dilindədanışmaqdan, yazmaqdan şərəf duyublar. Onların hər birinin həyatı nəsillərə örnək,yaratdıqları əsərlər isə böyük tərbiyə məktəbidir.

Buabidənin qoyulması həyatımızda mühüm bir hadisədir. Çünki elmimizə, təhsilimizəqayğı və diqqətin artırıldığı, dilimizin saflığına, inkişafına səylər göstərildiyi,müəllim adının, şərəfinin ucaldılmasına zəmin yaradıldığı bir dövrdə belə birabidənin ucaldılması siyasi, ictimai, əxlaqi əhəmiyyətə malik olmaqla vətəndaşlıqborcunun, vəzifə məsuliyyətinin aliliyini özündə birləşdirir.

Dilimizə,müəllimlərimizə abidə ucaltmaq amalında olanlar və niyyəti həqiqətə çevirənlərilk növbədə bu müqəddəs varlıqlarla yanaşı, insanların qəlbində, gözündə də özlərinəbir abidə ucaldırlar. Çünki dünyada ana dilindən əziz, ölməz, tükənməz bir sərvət,müəllim adından uca bir ad, anadan müqəddəs bir varlıq yoxdur.