Amfibiya adam – Budimir Sobat

56 yaşlı xorvatiyalı Budimir Sobat su altında 24 dəqiqə 37 saniyə nəfəssiz qalaraq dünya rekordu qırıb. Bu, qırılması çox çətin olan bir rekorddur. Budimir Sobatın yaşını da nəzərə aldıqlda bu rekord daha da çətinləşir.
Bildiyiniz kimi, insan beyni 5 dəqiqə oksigensiz qaldıqda beyin hüceyrələri kütləvi şəkildə ölməyə başlayır. Fotonun solunda Budimir Sobatın gənclik fotosunu görürsünüz. Bu cür insanların ağciyəri normal insanların ağciyərindən böyük olur. Onlar su altında nəfəsini tutarkən tərpənmədən qalmağa çalışırlar və ağciyərlərindəki havanı qənaətlə işlədirlər.
Sobatın rekordu ölümlə üzləşmək deməkdir. Bədəndəki oksigen - karbon qazı nisbəti pozulduğu üçün bədən özünü zəhərləməyə başlayır. Su altında nəfəssiz halda qaldıqda bir müddət sonra bədəndə sancılar baş verməyə başlayır. Normal adam bu sancılardan 10-na güclə dözə bilər. Budimir Sobat isə bu tip sancıların 100-dən çoxuna dözə bilir və şüurunu itirməmək üçün sancıların sayını ürəyində saymağa çalışır.
Budimir Sobat üçün bütün bu ağrılar, rekord və ölümlə üzləşməyin bir səbəbi var - 21 yaşlı autizmli qızı. Sobat bu rekordu qıraraq mediaya çıxış əldə edə bilir və autizm barədə insanlara məlumat verərək onlarda fərqindəlik yaradır. Sobat hər şeyi qızı üçün etdiyini deyir. Bu rekordu qırmaq üçün o, gündə 5 saat məşq edib və bunu 1 gün belə fasilə etmədən davam etdirib.
Eminquey
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
