AMEA-nın 12 institutuna yeni direktorlar təyin edildi
İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş səyyar iclasında akademiya institutlarında keçirilmiş seçkilərin nəticələrinə müvafiq olaraq direktorlar vəzifələrinə təsdiq olunublar.
AMEA-nın mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Rəyasət Heyətinin qərarlarına əsasən, akademik İbrahim Quliyev Neft və Qaz İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunun, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutunun, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, tarix üzrə elmlər doktoruMusa QasımlıQafqazşünaslıq İnstitutunun, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli isə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təsdiq ediliblər.
Digər Xəbərlər
28 Aprel 2024 09:00
Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55