adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Fevral 2020 10:13
22665
ŞOU-BİZNES

Alsudan gözlənilməz etiraf: ” Brilliant Dadaşovanı sevirəm...”

Bir necə il əvvəlxalq artisti Brilliant Dadaşova TRT Türk telekanalında yayımlanan, ErhanKonukun "Batıdan doğuya” verilişinin qonağı oldu. Müğənni1 saatlıq verilişdə "Ana ürəyi”, "Küçələrə su səpmişəm”, "Tut ağacı” və NeşetErtaşın "Dane-dane benleri yüzündə” mahnılarını oxumuşdu. Erhan Konuk etiraf edib ki,verilişdə musiqiyə çox yer ayırması səbəbsiz deyil: ”Düşünürəm ki, Brilliantxanımın səsi önündə əyilmək gərək”.

Ötən gün isə Rusiyanın tanınmış müğənnisi, TatarıstanRespublikasının xalq artisti Alsu Abramovateleaparıcı Kseniya Sobçakın "Youtube”da yayımlanan qalmaqallı layihəsininqonağı olub. Sənətçi sözügedən proqramda şəxsi həyatı və sənəti haqqındamüzakirələrə səbəb olacaq açıqlamalar verib. Sonrakıaıqlamaları isə daha maraqlı olub.

Adalet.az xəbər verir ki, Alsu Azərbaycan musiqisini bəyəndiyinivə Xalq artisti Brilliant Dadaşovanın özünün və səsinin vurğunu olduğunu dilə gətirib.Kseniya çəkiliş zamanı B.Dadaşovanın "Bayatılar” mahnısını səsləndirib. Alsu isəmahnının sədaları altında rəqs edib.Yazdıqlarımızdan belə məlum olur ki,Brilliant Dadaşovanı tanımyan, sevməyən çox az adam var.



Amma illər öncə etdiyi bir səhvə gərə, müğənniyə hələ də aqressiya sərgiləyən, o səhvi unutmayan kifayət qədər də soydaşımız var.

Qeyd edək ki, 2 il əvvəlAzərbaycanın xalq artisti Brilliant Dadaşova erməni ifaçısı Varujan Şahbazyanınqarmonda ifasını bəyənib və rəy bölməsinə "Super" yazmışdı. Bu azmışkimi, erməni ifaçı ona cavab olaraq: "Çox sağ ol, əzizim" – sözləriilə cavablandırmışdı. Xalq artistinin bu rəyini oxuyan azərbaycanlılar isə onusərt şəkildə tənqid etmişdilər. İzləyicilər həmin vaxt erməni mərmisi ilə dünyasını dəyişən Zəhravə onun nənəsi üçün heç nə yazmayan və heç nə paylaşmayan, lakin erməniifaçının ifasını bəyənən xalq artistinin xalqın adına utanc olduğunu qeydetmişdilər. Yeri gəlmişkən, bu günlərdə Xalq artisti Röya Ayxan qatıldığıproqramlardan birində həmin mövzunu yenidən gündəmə gətirmiş, B. Dadaşova isə Röyanınbu hərəkətinə kəskin reaksiya vermişdi.

Əntiqə Rəşid