Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı xəstələrin sayını ötdü
Almaniyada ilk dəfə olaraq koronavirusdan sağalanların sayı müalicə alanların sayını ötüb.
TASS xəbər verir ki, faktı Berlin Virusologiya İnstitutu təsdiqləyib.
Məlumata görə, Almaniyada koronavirusa yoluxanların sayı 120479 nəfərdir. Onlardan 60200-ü artıq sağalıb. Beləliklə, hazırda müalicə alanların sayı 57606 nəfərdir.
Qeyd edək ki, Almaniya koronavirusa yoluxanların sayına görə beşinci yerdə olsa da, bu ölkədə virusdan ölənlərin sayı İtaliya, Fransa və İspaniya ilə müqayisədə dəfələrlə azdır.
Digər Xəbərlər
05 May 2024 19:51
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45