adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2024 09:32
421
DÜNYA

Almaniya kansleri Çinə gedib

Almaniysnın kansleri Olaf Şolts Çin Xalq Respublikasına səfər edib.

Çin Xalq Respublikasının sədri Si Tzinpenlə görüşü ərəfəsində Solts bəyan edib ki, CXR-nın dövlət şurasının baş naziri Li Tsiyanla görüşü zamanı Ukrayna münaqişəsini müzakirə edəcək. O, xatırladırıb ki, silah verilməməsi ilə bağlı dünya ictimayyətinin qəbul etdiyi sanksiyaların tələblərinə hamı riayyət etməlidir və Rusiyaya silah sstmamalıdır. 

Almaniyanın kansleri ÇXR-nın sədrindən Ukrayna menaqişəsinə son qoyulması üçün Kremlə təsir etməyi xahiş edib.

 "Çinin sözlərinin Rusiyada çəkisi var. Ona görə də, mən Si Tzipendən xahiş etdim ki, Rusiyaya təsir imkanlarından istifadə etsin"-deyə Olaf Şolts bildirib.

Daha sonra isə, ÇXR-nın sədri  bəyan edib ki, o, Almaniya kansleri ilə görüşdə qeyd edib ki, Ukrayna münaqişəsinin həll edilməsi üçün  şəxsi maraqları güdmək deyil, sülhə və stabilliyə diqqət yetirmək lazımdır. 

Çin lideri həmçinin bildirib ki, münaqişə ilə bağlı sülh konfransında  bütün təkliflər Moskva və Kiyevin də qəbul etdiyi ədalətli müzakirə yolu ilə həll edilməlidir. Si Tzepin qeyd edib ki, Çin münaqişədə tərəf deyil, lakin böhranın sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. 

 Xatırladırıq ki, Ukrayna ilə bağlı sülh konfransı iyun ayının 15-16-sında İsveçrənin Byurgenştoke şəhərində keçiriləcək. İsveçrə rəhbərliyi hazırda bu sammitə Rusiyanın da dəvət edilib -edilməyəcəyi məsələsini həll etməyə çalışır. Əsas sual, Çinin bu samittə iştirakıdır. Bu, təşəbbüsün etibarlı olması üçün böyük əhəmiyyət kəsb edəcək. 

Çin tərəfi isə, bəyan edib ki, Pekin yalnız Rusiyanın sülh konfransında iştirak edəcəyi halda sülh təşəbbüsünü dəstəkləcək.

Münaqişə tərıflərindən birinin- Rusiyanın sülh konfransında iştirak etməyəcəyi, bəri başdan sülh təşəbbüsün baş tutmayacağından xəbər verir.  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Moskvanın iştirakı olmadan sülh danışıqlarının müzakirə olunması mənasızdır.

 Rüstəm Hacıyev