adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2024 12:34
533
SİYASƏT

Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB

“Dubayda keçirilmiş COP28-ə Berlində baş tutan tədbirdən baxarkən demək olar ki, Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq”.

Adalet.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışı zamanı deyib:

“Yaşıl enerji ilə bağlı uzunmüddətli strategiyalar tətbiq olunur. Biz gələcəyin fürsətlərindən istifadə edərək məhz bu istiqamətdə işlərimizi görürük”.

12:14

“İqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyac var”.

Adalet.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Braziliya son nəticədə 2030-cu ilin sonlarınadək yeni enerji sistemləşdirməsinin təqdimatına qədər növbəti addımları atmağı özlərinə vəzifə kimi qoyublar:

“Mən qitələr arasında əməkdaşlığın bu yeni formasını çox alqışlayıram. Bizim iqlim dəyişiklikləri ilə mübarizədə bir-birimizi dəstəkləməyimiz önəmlidir. Bizim dünyada iqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyacımız var. Dünya ölkələri bu məsələdə birlik nümayiş etdirməlidirlər”./report